RU
lombard
Şəmkirdə karantin qaydalarını pozaraq təşkil edilən yas mərasimi yarımçıq dayandırıldı - VİDEO
20:04
633

Şəmkirdə karantin qaydalarını pozaraq təşkil edilən yas mərasimi yarımçıq dayandırıldı - VİDEO

Şəmkirdə sərt karantin rejiminə baxmayaraq təşkil olunan yas mərasimi dayandırılıb.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hadisə Aşağı Seyfəli kəndində baş verib.

Rayon icra başçısı Alimpaşa Məmmədov və hüquq-mühafizə orqanlarının əməkdaşları həmin ünvana gedərək mərasimi dayandırıblar.

Yası təşkil edən şəxslər cəzalandırılıb, iştirak edən kənd sakinləri barəsində isə karantin qaydalarının pozulmasına görə tədbirlər görülüb.

Eyni zamanda qadağalara baxmayaraq, mərasimində iştirak edən kəndin din xadimi hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ