İmtahanlarda “2” alan şagirdlərin sayı açıqlandı

İmtahanlarda “2” alan şagirdlərin sayı açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 16, 21, 25, 30 iyun tarixlərində respublikanın orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının statistik nəticələrini açıqlayıb.

7News.Az xəbər verir ki, TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, imtahanlarda 104476 nəfər IX sinif şagirdi, 84589 nəfər XI sinif şagirdi iştirak edib.

Ümumi orta təhsil bazasında (9 illik) imtahan verənlərin Azərbaycan dili fənnindən 20911 nəfəri (20.06%) “2”, 47937 nəfəri (45.98%) “3”, 21715 nəfəri (20.83), 13694 nəfəri (13.13) “5”, Riyaziyyat fənni üzrə isə 26438 nəfəri (25.31%) “2”, 39687 nəfəri (37.99%) “3”, 19411 nəfəri (18.58%) “4”, 18940 nəfəri (18.13) isə “5“qiymət alıb.

Tam orta təhsil bazasında (11 illik) buraxılış imtahanı verən şagirdlərin isə Azərbaycan dili fənnindən 15486 nəfəri (18.34%) “2”, 16512 nəfəri (19.56) “5”, Riyaziyyat fənnindən 16038 nəfəri (18.96%) “2”, 17026 nəfəri (20.13%) “5”, Xarici dildən 19908 nəfəri (23.72%) “2”, 17011 nəfəri (20.27%) “5”, Kimya fənnindən isə 186 nəfəri (27.64%) “2”, 42 nəfəri (6.24) isə “5” alıb.

Xəbər lenti