"Sərnişinlərin bıçaq və ya silahla metroya daxil olması polis tərəfindən tam yoxlanılır" - RƏSMİ AÇIQLAMA

Milli Məclisin oktyabrın 8-də keçirilən plenar iclasında müzakirələr zamanı deputat Aytən Mustafayeva bir neçə gün öncə metroda baş verən bıçaqlanma hadisəsinə münasibət bildirib.

O, polislərin metroda insanların üzərində bıçağın olub-olmamasını yoxlamalı olduqlarını bildirib.

Bununla bağlı BiG.AZ-a danışan "Bakı Metropoliteninin" mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metro polis tərəfindən gündəlik sutka ərzində sərnişinlərin təhlükəsizliyi tam şəkildə təmin olunur. Bununla bağlı texnoloji inkişaf daim nəzərdə saxlanılır və araşdırılır. Bizim əsas vəzifəmiz sərnişinlərin təhlükəsiz şəkildə daşınmasıdır. Sərnişinlərin cibində bıçaq və ya silah daşınması məsələsi metro polisləri tərəfindən tam yoxlanılır. Yoxlama və nəzarət ən yüksək səviyyədədir. Bakı Metropoliteni təhlükəsizliyinə görə ön sıralardadır. İnsanlar ciblərində silahla hər yerə daxil ola bilər. Bundan əlavə bilirsiniz ki, iri həcimli əşyaların metropolitenə keçirilməsi ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi xüsusi qaydalar var".

7News.Az

Xəbər lenti