“Şərurlu İsfəndiyar” Aprel şəhidinin aliəsinə qalib gəldi - Məhkəmədən biabırçı qərar

“Şərurlu İsfəndiyar” Aprel şəhidinin aliəsinə qalib gəldi - Məhkəmədən biabırçı qərar
Ali Baş Komandan, prezident İlham Əliyevin verdiyi son sərəncamlardan biri də məhkəmə-hüquq sistemində islahatlar aparılması ilə bağlıdır. Hamı bilir ki, məhkəmələrimiz rüşvət yuvasıdır, hətta həbsxanadan əfvə düşən adamlardan da pul alıb, sonra adlarını siyahıya yazırlar. Bunu vicdanı olmayan bəzi hakimlər və vicdanını itirən bəzi ədliyyə məmurları edirlər.

Bu gün də Ali Məhkməyə kassasiya şikayəti verən aprel şəhidimiz, polkovnik-leytenant Sənan Axundovun ailəsinə qarşıqanunsuz qərar çıxarılıb. Qanunsuz qərarın çıxarılmasına isə iş adamı "Şərurlu İsfəndiyar" sifariş verib. Belə ki, bir neçə il bundan əvvəl Sənan Axundov sağlığında Kamran MMC-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra "Kamran” MMC-nin işçiləri fırıldaq etdiklərinə görə cinayət işi başlanılıb və binanın 11 mərətəbsini "Şərurlu İsfəndiyar” alıb. Və əlavə 5 mərtəbə də tikib. Sakinlərlə şərti belə olub ki, binadakı mənzillər üçün yenidən onun istədiyi qiymət ödənilməlidir.

Sənan Axundov sağ olanda öz hüququnu qoruyub və məhkəmələrin birində qanuni qərar çıxarılıb ki, binadakı 50 kvadratmetirlik yerin sahibi onun özüdür. "Şərurlu İsfəndiyar” isə dayanmayıb...

Sənan şəhid olandan sonra "Şərurlu İsfəndiyar” onun ailəsini məhkəməyə verib və məhkəmə prosesini qazanıb.

Yeni tərkibli hakimlər belə qərar çılxarıblar ki, iddiaçı ailənin əlindəki sənədləri "Kamran” MMC verdiyinə görə saxta sayılır. Lakin eyni sənədlərlə binada öz haqqını tələb edib, mənzilinə sahib olan digər adamlar da var.

Həm də ki, bina sakinlərinin hamısı "Kamran” MMC dən aldıqları sənədləri, "Şərurulu İsfəndiyar”ın şirkətinin verdiyi sənədlərlə əvəzləyiblər.

Şəhid Sənan Axundovun ailəsi bir neçə dəfə binada özlərinə aid olan yerdə təmir-bərpa işləri aparıblar. İsfəndiyarın qoçuları isə bu otaqları vurub-uçurublar. Hətta əri ölən qadının düşdüyü hal da onları pis niyyətlərindən, bəd əməllərindən çəkindrməyib.

Bu günə qədər aparılan müxtəlif məhkəmə çəkişmələrinin sonunda, Ali Məhkəmə yenidən "Şərurlu İsfəndiyar”ın xətri inciməsin deyə, onun xeyrinə qərar çıxararaq, şəhid ailəsinin adına olan 50 kvadratmetirlik yeri əllərindən aldı.

Cənab Ali Məhkəmə sədri Ramiz Rzayev, axı siz o şəhidin xanımını dinləmişdiniz, bilirdiniz ki, 50 kvadratmetirlik sahə bütün qanun-qaydayla şəhid ailəsinindir. Budurmu sizin ədalətiniz? Budurmu məhkəmə islahatlarına gedən proseslərin ilk işartısı? Canını vətən yolunda qurban verən şəhidin 2 yetiminə düşən 50 kvadratmetirlik sahəsini necə yeyəcəksiniz? Bəlkə unutmusunuz ki, Qarabağ uğrunda döyüşə gedən insanlar övladlarını, ailələrini dövlətə, Konstitusiyaya və qanuna həvalə edib gedirlər. Siz də onlar döyüşdüyünə görə isti kreslolarınızda rahat oturub bəzən qanunsuz qərarlara imza atırsınız./MIA
 
 
7News.Az

Xəbər lenti