RU
lombard
“Şərurlu” İsfəndiyarın məşhur restoranında biabırçılıq - Video
09:46
841

“Şərurlu” İsfəndiyarın məşhur restoranında biabırçılıq - Video

Bakıda 7-ci mikrarayon Azadlıq prospektində yerləşən "Hollywood" restoranında erotik rəqs nümayiş etdirilib. 

7News.Az Unikal.org-a istinadən xəbər verir ki, həmin görüntülər Leyla Mirzəliyeva adlı şəxsin ad günü zamanı kənardakılar tərəfindən lentə alınıb. Erotik rəqs edən qızlar ətrafdakılar tərəfindən birmənalı qarşılanmayıb.

Restorandakıları vecinə almadan ehtiraslı rəqs edən Leyla Mirzəliyeva və Nigar Dadaşova sosial şəbəkədə məşhur olan vaynerlərdəndir.

Bildirək ki, sözügedən restoran qalmaqallı və daha çox mənfi reputasiyası ilə tanınan iş adamı İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) məxsusdur. Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, "Hollywood"da mütəmadi olaraq bu tipli "parti”lər təşkil olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ