RU
lombard
20:59
181

"Səudiyyə Ərəbistanı hökuməti zəvvarlardan heç bir məbləğ və rüsum tutmur"

Səudiyyə Ərəbistanı Krallığı hökuməti zəvvarlardan heç bir məbləğ və rüsum tutmur.​
Bu barədə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin son zamanlar bəzi KİV-lərdə Səudiyyə Ərəbistanı Krallığı hökumətinin həcc zəvvarlarından pul aldığı və onu hacıların ehtiyacları üçün istifadə etmədiyi barədə gedən məlumatlara cavab olaraq yaydığı açıqlamada bildirir.

Məlumatda bildirir ki, həcc ziyarətini yerinə yetirmək istəyən zəvvarın ödədiyi pul, ona Səudiyyə hökumətinə aidiyyəti olmayan özəl sektor tərəfindən göstərilən əsas xidmətlərin (Mina və Ərafatda qalmaq, yeyib-içmək və nəqliyyat) haqqından ibarətdir: "Səfirlik bir daha nəzərə çatdırır ki, həcc və ümrə vizaları pulsuz olaraq verilir və bu cür vizalara görə Səudiyyə hökuməti hər hansı bir rüsum almır. Bundan əlavə Krallığın hökumət qurumları da göstərdiyi xidmətlərə görə həcc və ümrə zəvvarlarından heç bir haqq almır".

"Nəzərə alınmalıdır ki, Allah qonaqlarının rahatlıq və arxayınlığını ən yüksək səviyyədə təmin etmək məqsədi ilə, Krallıq İki Müqəddəs Məscidin və müqəddəs yerlərin yenidən qurulması və genişləndirilməsi, eləcə də Məkkətül-mükərrəmə və Mədinətül-münəvvərəini inkişafına hər il bəzi dövlətlərin dövlət büdcəsinə bərabər olan milyardlarla dollar miqdarında vəsait xərcləyir.

Səfirlik bir daha vurğulayır ki, yuxarıda qeyd edilən xidmətlərin göstərilməsində baş verən hər hansı bir qüsur özəl sektordan olan həcc təşkilatçılarına aiddir. Göstərilən xidmətin səviyyəsi isə Azərbaycan Respublikasında həcci təşkil edən qurumla, Krallıqda bu xidmətləri göstərən özəl qurum arasındakı razılaşmadan asılıdır", deyə açıqlamada qeyd olunub./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ