Səudiyyə Ərəbistanına BÖYÜK ŞOK: hər an elan edilə bilər

Səudiyyə Ərəbistanına BÖYÜK ŞOK: hər an elan edilə bilər
Avropa İttifaqı (Aİ) Səudiyyə Ərəbistanı terrorizmi maliyyələşdirən və çirkli pullara mübarizədə müvəfəqqiyyətsiz ölkələr siyahısına əlavə edəcək.

7News.Az publika.az-a istinadən xəbər verir ki, bu haqda İngiltərənin "Financial Times” qəzeti yazıb.

Məlumata görə, Aİ Komissiyası 20-dən çox ölkənin yer alacağı siyahının tamamlanması üzrə son mərhələyə gəlib.

Səudiyyə Ərəbistanı da terrorizmi maliyyələşdirən və çirkli pullara mübarizədə müvəfəqqiyyətsiz ölkələr siyahısına əlavə ediləcək. Ər-Riyadın qeyr-qanuni pul axınlarına qarşı mübarizədə "strateji çatışmazlıqların” olduğu deyilir. Almaniya, Fransa və İngiltərənin buna qarşı çıxdığı bildirilir. Aİ qanunvericiliyinə görə, Avropa bankları bu ölkələrdən gələn vəsaitlərlə bağlı sərt qaytalar tətbiq etmək məcburiyyətində qalacaq.
 

7News.Az

Xəbər lenti