Şimpanze 25 il öncə həyatını xilas edən qadını unutmadı - FOTO

Şimpanze 25 il öncə həyatını xilas edən qadını unutmadı - FOTO
25 il öncə həyatını xilas edən qadını unutmayan şimpanze. 

7News.Az moderator.az-a istinadən xəbər verir ki, maraqlı hadisə ABŞ-da baş verib. Linda Kobner adlı qadın 25 il öncə müayinə zamanı qəfəsdən xilas etdiyi şimpanzeylə qarşılaşıb. Görüntünü izləyənlər isə çox kövrəliblər. 

Heyvan davranışları mütəxəssisi Kober 25 il öncə hepatit araşdırma laboratoriyasında saxlanılan şimpanzelərin qəfəsdən xilas edilərək təbiətə buraxılmasına kömək edib. Dörd il həmin laboratoriyada çalışan Kober təxminən 20 il sonra əvvəlki iş yerinə qayıdıb. O, geri qayıdanda Koberin müalicə etdiyi şimpanzelərdən sadəcə bir neçəsi orda olub.

Şimpanze Komeri görən kimi onun üstünə qaçaraq qucaqlayıb. Görüntülər mediada da maraqla qarşılanıb. Görüş zamanı Kober gözyaşlarına hakim ola bilməyib. O, deyib ki, bir vaxt bu şimpanzeləri xəstəlikdən xilas etmişəm, amma üstündən illər keçsə də heyvanlar bu yaxşılığı unutmayıblar. 
Şimpanze 25 il öncə həyatını xilas edən qadını unutmadı - FOTO
Şimpanze 25 il öncə həyatını xilas edən qadını unutmadı - FOTO
 

7News.Az

Xəbər lenti