“Sinxron qarayaxma kampaniyası gedir" – Sənan NƏCƏFOV

“Sinxron qarayaxma kampaniyası gedir
Erməni sifariş verir, Orduxan və şaykası cumur

"Niyə narahat olmasınlar? Onların təqdim etdikləri Azərbaycanla, real Azərbaycan arasında inanılmaz, diametral fərq var”. SİA xəbər verir ki, bu fikirləri qhtxeber.az saytının baş redaktoru, tanınmış jurnalist və ekspert Sənan Nəcəfov Facebook səhifəsində "siyasi mühacir” statusu altında erməni diasporunun maliyyə dəstəyi ilə anti-milli fəaliyyət göstərən Orduxan Teymurxan və ətrafının Brüsseldə aksiya keçirmək cəhdlərinə və Avropa İttifaqının "Şərq tərəfdaşlığı” təşəbbüsünün 10 illiyinə həsr edilən toplantıdakı diplomatik qalmaqala münasibətini yazarkən qeyd edib.

Ekspert, bir sıra detallara diqqət çəkərək bildirib: "Sualın cavabı elə özündədir, elə bunu yazıb, Erik From demiş, nöqtəni qoyardıq, oxucular da gülərdi. Amma bəzi detallar var ki, aydınlıq gətirmək lazımdır. Beləliklə, bildiyimiz kimi, Avropa İttifaqının "Şərq tərəfdaşlığı” təşəbbüsünün 10 illiyinə həsr edilən və Brüsseldə keçirilən yubiley toplantısı zamanı diplomatik qalmaqal yaşanıb. Ali toplantıda Avropa İttifaqı ölkələrinin və "Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulan ölkələrin xarici işlər nazirləri tərəfdaşlığın 10 illiyinə həsr edilmiş yekun bəyannamə imzalamalı idilər. Lakin sənəddə tərəfdaş ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olunmadığı üçün Azərbaycan tərəfi sənədi imzalamaqdan imtina edib. Açıqlamalara görə sənədin bəzi detallarına Ukrayna, Gürcüstan da etiraz ediblər. Lakin bu iki ölkənin nümayəndə heyəti ərazi bütövlüyünün bəyannaməyə salınmasında Azərbaycan nümayəndə heyəti qədər israrlı olmayıb”.

"Bunu Azadlıq radiosu yazır, bu qədər həyasızcasına!”

"Halbuki xaricdə gizlənmiş bir keçmiş diplomat tam əks məsələni sosial şəbəkələrdə dövriyyəyə buraxmışdı”, deyə xatırladan Sənan Nəcəfov onun da müvafiq cavabının verildiyini qeyd edib: "Bu gün ağzının üstündən tərs şillə vuruldu. Bu belə. Digər məsələ, bu məlumatı ilk yayan Azadlıq Rasdiosunun Avropa Bürosu olub. Məlumatda açıq qeyd edilirdi ki, Avropa İttifaqı ölkələrinin və "Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulan ölkələrin xarici işlər nazirləri tərəfdaşlığın 10 illiyinə həsr edilmiş yekun bəyannamə imzalanması məhz Azərbaycanın tələbi ilə baş tutmayıb. Azərbaycana qarşı kampaniyada media ruporu rolunu oynayan radio bunu etiraf edib. Amma görün bu radio nədə ikili yanaşmasını göstərib. Radionun açıqlamasında qeyd olunur ki, söhbət Dağlıq Qarabağdan gedir. "Harada ki, 90-cı illərdən Ermənistan tərəfindən dəstəklənən tanınmamış hökumət rəhbəlik edir”. Təsəvvür edirsiniz? Bunu Azadlıq radiosu yazır, bu qədər həyasızcasına! Nə Ermənistan tərəfdən işğal olunmuş torpaqlar söhbəti, nə etnik təmizləmə, nə 1 mln qaçqın və məcburi köçkün. Yalnız Ermənistan tərəfdən dəstəklənən tanınmamış hökumət. İndi özünüz qiymət verin. Bir tərəfdə Avropa sənədini imzalamaqdan ərazi bütövlüyü məsələsinə görə imtina edən Azərbaycan rəhbəri, digər tərəfdə anti-Azərbaycan şəbəkəsi, düşmənlər və onlara quyruq bulayan orduxan və onun kimi ləyaqətini, şərəfini başqa ölkələrə satmış xəyanətkarlar. Mənzərə bu qədər aydındır”.

"Avropa İttifaqı və digər beynəlxalq nüfuzlu qurumlarla qarşılıqlı əməkdaşlığa bağlı hər hansı tədbir keçirilməsi ərəfəsində bu ünsürlərin, anti-Azərbaycan şəbəkəsinin şayba və boltlarının rəhbərlərindən sanki "fas” komandası gəlir”

Jurnalist, bir sıra mühüm statistiK amillərə də toxunaraq davam edib: "İndi sualınıza cavab verim. Yaxın keçmişdəki 3 ilin statistikasına baxsaq, görərik ki, ölkədə olduqca vacib, əhəmiyyətli beynəlxalq tədbir, görüş, habelə Avropa İttifaqı və digər beynəlxalq nüfuzlu qurumlarla qarşılıqlı əməkdaşlığa bağlı hər hansı tədbir keçirilməsi ərəfəsində bu ünsürlərin, anti-Azərbaycan şəbəkəsinin şayba və boltlarının rəhbərlərindən sanki "fas” komandası gəlir. Hətta 20 yanvar faicəsi, Xocalı facisənin ildönümləri, dünya azərbaycanlılarının soyqırım günü, Şuşanın işğalının ildönümü ərəfəsi yaramazlıqları, həyasızlıqları, şivənləri ərşə bürünür. Məqsəd, öz taktikalarına uyğun olaraq ya diqqəti Azərbaycandan uzaqlaşdırmaq, ya da bütün diqqəti məhz Azərbaycana cəlb etmək olur. Təkrar edirəm, hər şey sifarişə uyğun nizamlanır”.

"Aydın məsələdir ki, 3-4 ünsürün sərsəmliyi, xəyanəti, qara-qışqırığı Azərbaycanla Avropa Birliyi əlaqələrinə heç bir təsir göstərə bilməz”

"İndi dünən 3-4 gədə-güdənin atdanıb-düşməsi, özlərini biabır etməsinə də bu prizmadan baxmaq lazımdır”, yazan ekspert sonda qeyd edib ki, ölkəmizin imici, qazanılan istənilən uğur xaricdəkiləri, düşmənləri və rəqibləri ciddi narahat edir: "Avropa Birliyi ilə bağlanacaq saziş isə bütün ümidlərinin üstündən xətt çəkəcək. Niyə narahat olmasınlar? Onların təqdim etdikləri Azərbaycanla, real Azərbaycan arasında inanılmaz, diametral fərq var. Onlar inkişaf etmiş Azərbaycanın olmasında maraqlı deyillər təbii ki. Aydın məsələdir ki, 3-4 ünsürün sərsəmliyi, xəyanəti, qara-qışqırığı Azərbaycanla Avropa Birliyi əlaqələrinə heç bir təsir göstərə bilməz. Sadəcə bunlar üçün müqəddəs heç nə qalmayıb. Belələri üçün ləyaqət, mənlik hiss yaddır. Və bu fəaliyyətin, şou və qarayaxmanın isə demokratiya, siyasət və müxalifətçilik deyilən məvhumlara heç bir aidiyyatı yoxdur. Sadəcə sinxron qarayaxma kampaniyası gedir, erməni sifariş verir, Orduxan və şaykası cumur. Məşhur lətifədə deyildiyi kimi, cumub nə edəcəklər ki?”

7News.Az

Xəbər lenti