lombard

Şirvanda prezidentin iradəsi və yerli əhalinin inamı heçə sayıldı - İcra başçısından seçkiyə müdaxilə(FOTO FAKT)

Şirvanda prezidentin iradəsi və yerli əhalinin inamı heçə sayıldı - İcra başçısından seçkiyə müdaxilə(FOTO FAKT)
Şirvan icra başçısı bələdiyyə seçkisinə müdaxilə edir.

7news.az-a belə bir iddia ilə yerli sakinlərdən biri məlumat verib.

Bildirilib ki, 46 saylı Şirvan DSK-nın 24 saylı seçki məntəqsində,  yeni icra başçısı qutudan çıxarılacaq namizədlə bağlı son görüşünü keçirib və  sonda da inandığı dairə seçki məntəqəsinin üzüvləri ilə eləcədə sədir olacaq namizədi - İlham Səfərovla xatirə şəkili çəkdirib.

 Şəkildə başçının solunda gördüyünüz Şirvan bələdiyyəsinə üzvlüyə namizəd İlham Səfərovdur. O, həm Şirvan Olimpiya İdman Kompleksinin müsiridir. İlham Səfərov əvvəllər BƏYlərin  qvardiyasında külüng ÇALIB. Yəni Heydər Əliyevə qarşı çıxan bir partiyanın  AMİP-in funksiyaneri olub. Hər kəsə gün kimi ayandır ki,  Heydər Əliyevə Şirvanda ağzına gələni danışanların  QLAVARı məhz İlham Səfərov olub. İcra başçısının isə ona arxa durması hətta ona görə seçkiyə belə müdaxilə etməsi çox ciddi siyasi gizlinlərin olmasından xəbər verir.  

Bu azmış kimi bütün qanunları da heçə sayan yeni rayon rəhbər məntəqəyə gedir. Prezidentin iradəsin, yerli əhalinin inamını heçə sayaraq. Üstəlik, bələdiyyə üzvlüyünə və sədrliyə namizədi ora dəvət edib və onunla şəkil çəkdirib. Seçki qanuna görə, bütün bunlar yolverilməzdir. Namizədlə seçki məntəqəsində bu səviyyədə bir görüş isə, ümumiyyətlə, heç bir çərçivəyə sığmır". Yəni yeni icra başçısı İlqar Abbasov qanunlarla yanaşı prezidüntin göstərişlərini, tövsiyələrini, etimadını yerə vurması anlamına gəlir.

Qeyd edərək xatırladaq ki, yayılan fotoda başçıdan solda 3-cü 46 saylı Şirvan DSK-nın sədridir: "Yenə başçıdan solda 4-cü 24 saylı seçki məntəqəsinin sədridir. Şəkildə gördüyünüz qadınlar isə seçki məntəqəsinin üzvləridir.

Xəbər lenti