Solikamski Azərbaycanıları İcmasından- NOVRUZ TƏBRİKİ

Solikamski Azərbaycanıları İcmasından- NOVRUZ TƏBRİKİ
Əziz soydaşlar, bacı və qardaşlarım!
 
Mən Azərbaycandan kənarda – Rusiyanın Perim vilayətinin Solikamski şəhərində yaşasam da və burada hələ də qış fəsli cərəyan etsə də, yazın Azərbaycana gəlişini Sizlər qədər hiss edirəm. Çünki, harada olmağıma baxmayaraq, qəlbim daim Azərbaycan ruhu ilə döyünür.
 
Mən fürsətdən istifadə edib ölkəmizin hər bir vətəndaşını, o cümlədən, xaricdə yaşayan azərbaycanlıları da bu əziz bayramımız münasibətilə təbrik edirəm. Sərhədlərimizin keşiyində, torpaqlarımızın müdafiəsi üçün cəbhədəki səngərlərdə mətinliklə dayanan hər bir əsgər və zabitimizə də həm salamlarımı, həm də bayram təbriklərimi yetirirəm.
 
Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbçilərimizin yaxınlarına, doğmalarına isə səbr diləyir və şəhidlərin onlar qədər bizimçün də əziz olduğunu bildirirəm. İnşaAllah, Bahar bayramlarının Bütöv Azərbaycanda qeyd olunacağı gün mütləq gələcək. Mən bunu əminliklə deyirəm!
 
Bahar bayramı birlik-bərabərlik bayramıdır. Qoy bu bayram xaricdə yaşayan soydaşlarımızın milli məfkurə işığında bir araya gəlməsinə təkan versin, onlarda yurdumuza bağlılıq hisslərini daha da gücləndirsin. Xaricdə yaşayan hər bir soydaşımız ölkəmizin danışan dili, təbliğatçısı, tanıtımçısı deməkdir. Mən bu yolda hər birinizə uğurlar diləyirəm!
 
Bayramınız bir daha mübarək olsun, əziz həmvətənlərim!

Rusiyanın Solikamski şəhərindəki Solikamski Azərbaycanlıları icmasının sədri Uğur Əfəndiyev
 
 
 
7News.Az

Xəbər lenti