"Son aksiya növbəti uğursuz provokasiyasıdır” ÖZƏL-MÖVQE

Mayın 13-də Brüsseldə 3-4 nəfər anti-milli ünsürün aksiya keçirmək cəhdi bu insanların Azərbaycan dövlətinə və xalqına düşmən münasibətini əyani şəkildə nümayiş etdirirmi?

Məsələyə münasibət bildirən internet-media ekspert Səbuhi Abbasov SİA-ya açıqlamasında bu kimi klassik xəyanət taktikalarının keçərli olmadığını deyib: "Azərbaycan artıq bir çox ciddi siyasi kataklizmləri geridə qoyub. Bu güclü xarici siyasətin və daxili sabitliyin nəticəsində mümkün olub. Hər dəfə beynəlxalq tədbirlər öncəsində bu kimi heç bir effekti olmayan, klassik xəyanət üsulları artıq keçmir. Ancaq bu ünsürlər də dolanmalıdırlar. Nə yazıq ki, bunların çörəyi öz doğma vətənlərini satmaqdan keçir. Adi bir idman yarışı belə siyasiləşdirilir və kampaniyaya çevrilir. Brüsseldəki son aksiya isə sadəcə anti-azərbaycan dairələrinin növbəti uğursuz provokasiyasıdır”.

7News.Az

Xəbər lenti