SON DƏQİQƏ: Beşmərtəbəli binada partlayış, yaralanan var - AZƏRBAYCANDA

SON DƏQİQƏ: Beşmərtəbəli binada partlayış, yaralanan var - AZƏRBAYCANDA

Beşmərtəbəli binada partlayış - Yaralanan var

 

Şəki şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində partlayış olub.

FHN-nin yaydığı məlumata görə, hadisə birotaqlı mənzildə baş verib. 

 

Partlayışdan sonra yanğın başlayıb, ev əşyaları qismən yanıb.

Hadisə zamanı bir nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti