SON DƏQİQƏ: Məşhur müğənni VƏFAT ETDİ - FOTO

SON DƏQİQƏ: Məşhur müğənni VƏFAT ETDİ - FOTO

ABŞ-ın dünyaca məşhur müğənnisi, rok  musiqi qrupu "The Cars”ın solisti Rik Okasek 75 yaşında dünyasını dəyişib. Onun cəsədi Nyu-Yorkda yaşadığı evində tapılıb. 

 7News.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Nyu-York polisi "Washington Post” qəzetinə açıqlama verib. Onun ölüm səbəbi barədə hələlik açıqlama verilmir.

Qeyd edək ki, 1970-ci ildən "The Cars" qrupunun solisti olan Okasek, eyni zamanda gitarist və rəssam kimi də fəaliyyət göstərib.

Bir neçə il sonra isə o solo fəaliyyətə başlayıb.1982-ci ildə onun "Beatitude” adlı ilk solo albomu işıq üzü görüb. "Suicide”, "Weezer”, "Bad Religion”  "No Doubt” və digər mahnılar sənətçiyə böyük nüfuz gətirib. Rik Okasekin müxtəlif ştatlarda rəsm sərgiləri təşkil edilib.

Anar Türkeş / Redaktor.az

Xəbər lenti