RU
lombard
SON DƏQİQƏ: Mikayıl Cabbarovun bacanağı partiya yaratdı
21:41
1197

SON DƏQİQƏ: Mikayıl Cabbarovun bacanağı partiya yaratdı

Azərbaycanda yeni partiyanın - "Vətən Naminə Birlik Partiyası”nın təşəbbüs qrupunun toplantısı olub.

Emin Babayevin liderliyində bir qrup şəxslər, təşəbbüsçülər ölkənin siyasi həyatında, vətəndaşların siyasi iradəsinin rəsmiləşdirilməsində və ifadə olunmasında iştirak etmək niyyəti ilə "Vətən Naminə Birlik” Partiyasının yaradılması barədə təşəbbüs qrupunun toplantısı keçirilib.

Toplantıda Emin Babayevin sədri seçildiyi 7 nəfərdən ibarət Təşkilat Komitəsi yaranıb və tərkibi elan edilib:

1.Babayev Emin Ramiz oğlu (sədr)

2.Bağırov Mircəlal Miryaqub oğlu

3.Savalanov Asif Balaca oğlu

4. Teryoxin Aleksandr Petroviç

5.Heydərov Qorxmaz Ernst oğlu

6.Abdullayev Nəvahid İsmayıl oğlu

7.Musayev Cümşüd İmaməli oğlu

Təşkilat Komitəsində Partiyanın qurultayına hazırlıqla bağlı qanunla tələb olunan məsələlər üzrə iş bölgüsü aparılıb.

Qeyd edək ki, partiya sədri Emin Babayev Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarovun bacanağıdır./pia

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ