SON DƏQİQƏ: Mingəçevirdə etiraz aksiyası başladı: 'SƏDƏRƏK YUSİF'İN EKOLOJİ 'TERROR'UNA GÖRƏ - FOTOLAR

SON DƏQİQƏ: Mingəçevirdə etiraz aksiyası başladı: 'SƏDƏRƏK YUSİF'İN EKOLOJİ 'TERROR'UNA GÖRƏ - FOTOLAR
7NEWS.az xəbər verir ki, bu dəqiqələrdə Mingəçevir şəhər sakinləri, Qarabağ qaziləri, Çernobıl əlilləri, şəhərin sıravi sakinləri Kür çayının 'Sədərək Yusif' tərəfindən işğal olunmasına qarşı etiraz aksiyasına başlayıblar. Etirazçıların sayının artması istisna deyil. Məsələ burasındadır ki, qanunsuz olaraq Kür çayının ensiz, strateji hissəsini işğal edən Yusif Qədimbəyli nəinki şəhər sakinlərinə qarşı, birbaşa ölkə başçısının iradəsinə qarşı 'müharibə' elan edib və bunu 'prinsip məsələsi' adlandırıb. Bundan öncə də yüzlərlə şəhər sakini, ziyalılar Prezident İlham Əliyevə yazılı şəkildə müraciıt ediblər. Məlumata görə aidiyyatı qurumlar və şəxslər bəzi maraqlar qarşılığında bu etirazı Prezidentdən gizlətməyə çalışırlar. Görünən odur ki, bu çox yalnış addımdır, ən azından insanların küçəyə çıxaraq etiraza başlaması buna bariz nümunədir.
Məlumat üçün qeyd edək ki, Mingəçevir icra başçısı şəhərin ən strateji hissəsi, Kür çayının avarçəkmə üzrə Beynəlxalq "Prezident Kuboku reqatası keçirlən yeri "Sədərək Yusif”in "DEKA”şirkətinə satıb.
Qanunsuz, strateji ərazidə 'Sədərək Yusif' kimi tanına iş adamı Yusif Qədimbəyli 1000 nəfərlik şadlıq sarayı tikmək niyyətindədir. Bu barədə saytımıza Ekologiya və Təbii Sərvətlər nazirliyinin rəsmisi məlumat verib.

Onun sözlərinə görə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu ilin may ayında "Sədərək Yusif” kimi tanınan iş adamı Yusif Qədimbəyliyə təkcə şəhər üçün deyil, region üçün strateji obyekt hesab olunan Kür çayının dar hissəsinin böyük bir qismini "satıb”. Məsələ ilə bağlı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları iyun ayında baxış keçiriblər, müvafiq akt tərtib edərək qanunsuz tikilinin dayandırılması üçün aidiyyatı qurumlara müraciət ediblər.
"Sədərək Yusif”in Kür çayına qarşı etdiyi ekoloji terrora görə yüzlərlə sakin Prezidentə yazılı müraciət edib, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidentdi, İDEA təşkilatının sədri Leyla Əliyevaya da müraciət ünvanlanıb. İcra başçısı və Yusif Qədimbəyli şəhərdə yeni etiraz dalğası yaradaraq şəhər sakinlərini ölkə başçısına qarşı qaldırırlar.
Mövzunu davam etdirəcəyik.
7NEWS.az video və fotoları təqdim edir:









Xəbər lenti