SON DƏQİQƏ: Sərnişin və yük qatarları TOQQUŞDU - Çox sayda yaralı və ölü var

SON DƏQİQƏ: Sərnişin və yük qatarları TOQQUŞDU - Çox sayda yaralı və ölü var

Pakistanın şimal-şərqində yerləşən Pəncəb əyalətində sərnişin və yük qatarları toqquşub.

7News.Az apa.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 9 nəfər həlak olub, 67 nəfər yaralanıb. 

Yerli hökumət rəsmilərinin sözlərinə görə, Rəhimər-Xan şəhəri ərazisində hərəkətdə olan sərnişin qatarı tam sürətlə dayanmış vəziyyətdə olan yük qatarına çırpılıb. 

Yaralılardan 11-nin uşaq olduğu bildirilir. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

 

 

7News.Az

Xəbər lenti