SON DƏQİQƏ:Dollar bahalaşacaq: devalyasiya təhlükəsi

SON DƏQİQƏ:Dollar bahalaşacaq: devalyasiya təhlükəsi

Beynəlxalq valyuta birjalarında AB-də parlament seçkisi, Breksit və digər risklər fonunda dollara tələb və bahalaşma proqnozları yüksək olaraq qalmaqdadır.

7News.Az xəbər verir ki, cümə axşamı Avropa parlamentində keçiləcək seçki öncəsi EUR/USD məzənnəsi 1.12$, təqdim edilən yeni Breksit sazişinin tam mətninin açıqlanması öncəsi GBP/USD məzənnəsi 1.28$-ın altında ticarət olunur. Beləliklə, siyasi və iqtisadi risklərin mövcud olduğu bir vaxtda dollara tələb yüksək olaraq qalır və yenidən bahalaşacağı proqnozlaşdırılır.

İngiltərədən inflyasiya, ABŞ-dan FED toplantı protokolu açıqlanacaq

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:30-da İngiltərədə inflyasiya ilə bağlı önəmli fundamental məlumatların və saat 22:00-da Amerika mərkəzi bankının toplantı protokolunun yayımlanması da investorların diqqət mərkəzində olacaq.

 

 

7News.Az

Xəbər lenti