Ərdoğan Rusiya səfirini iftara çağırdı

Ərdoğan Rusiya səfirini iftara çağırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu iftar mərasiminə dəvət edib.

7news.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iftar mərasimi Prezidentin iqamətgahında keçiriləcək.


Rusiyalı səfirin Ərdoğanın təklifini qəbul etdiyi bildirilir.

Qeyd edək ki, Türkiyə prezidentinin bu axşam verəcəyi iftar məclisinə Rusiya ilə yanaşı digər xarici ölkələrin səfirləri də qatılacaq.

7news.Az

Xəbər lenti