Sumqayıt Şəhər 3 Saylı Poliklinikasında “Açıq Bazar” -VİDEO

Sumqayıt Şəhər 3 Saylı Poliklinikasında “Açıq Bazar” -VİDEO

Son günlərdə Azərbaycan səhiyyəsinin bəzi rüşvətxor həkimlərinin anormal hərəkətləri xəstələrin ciddi narazılığına səbəb olur.Elə xəstələr olur ki,onlardan pul tələb edən həkimləri sübut üçün öz mobil telefonları ilə çəkərək saytlarda işıqlandırılmasını və səhiyyə nazirliyinin həmin həkimlər haqqında ciddi tədbirlər görməsini istəyirlər.Belə videolardan biri də (Sumqayıt şəhər 3 saylı poliklinikasının həkimlərinin açıq-aşkar pul tələb etməsi faktı(videosu))  Xəbəral.az saytının şəxsi whatsapp nömrəsinə göndərilmişdir.

Mənbə Xəbəral.az saytına bildirir ki,Sumqayıt şəhər 3 saylı poliklinkasında açıq şəkildə bazar hökm sürür. Bizə göndərilən videodan məlum olur ki, sözügedən müəssisə dövlət xəstəxanası olsa belə hər bir işin ayrı-ayrı öz qiyməti var.
Sumqayıt şəhər səhiyyəsinin müdiri bu yaxınlarda dəyişdirilsə də, köhnə qanun-qayda hələ də qalmaqdadır.Sumqayıt şəhər 3 saylı poliklinikasında xidməti qiymətlər 3 manatdan başlayır üzü yuxarı və necə deyirlər damara baxıb qan alırlar.
Xəstələrin taleyi həmin həkimlər üçün maraqlı deyil, əsas puldur.Onu da qeyd edək ki,Sumqayıt şəhər 3 saylı poliklinikasındada bu cür rüşvət hallarının mətbuatda işıqlandırılması birinci hal deyil,dəfələrlə olsa da, heç bir tədbir görülməyib.İnanırıq ki,sizlərə təqdim edəcəyimiz videodan sonra Səhiyyə Nazirliyi və aidiyyatı qurumlar öz lazımı tədbirlərini görəcəklər.

Qarşı tərəfi dinləyib mövqeylərini dərc etməyə hazırıq.

Xəbəral.az saytı olaraq həmin videoları sizlərə təqdim edirik.

 

 

 

 

 

 

 

 

 

 

 

Xəbər lenti