Sumqayıtda sərnişin avtobusu qəza törətdi - VİDEO

Sumqayıtda sərnişin avtobusu qəza törətdi - VİDEO

Sumqayıtda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Sosial şəbəkədə yayılan görüntülərdə 555 saylı marşrut xətti ilə Qaradağ rayonu Müşfiq qəsəbəsindən Sumqayıt istiqamətində hərəkət edən 50-AE-457 dövlət nömrə nişanlı avtobusun 90-VB-910 dövlət nömrə nişanlı "Opel” markalı avtomobillə toqquşduğu əks olunub. 

Hadisənin avtobusun ötmə əməliyyatını pozması nəticəsində baş verdiyi qeyd edilib. 

Xəsarət alanlarla bağlı məlumat yoxdur.

7News.Az

Xəbər lenti