Nazir Castin Forsaytla görüşdü

Nazir Castin Forsaytla görüşdü

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev UNİCEF-in rəhbərinin müavini Castin Forsayt ilə görüş keçirib.

7News.Az xəbər verir ki, görüşdə Azərbaycan və UNİCEF əlaqələrinin tarixi inkişafı və ölkəmizin uşaqlar və gənclərlə bağlı siyasəti, ailə dəyərləri və UNİCEF-in bu istiqamətlərdə fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Nazir Əbülfəs Qarayev Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində öz doğma yurdlarından zorla qovulmuş, məcburi köçkün və qaçqınların ailə vəziyyəti, xüsusilə də uşaqların mədəni özünü-ifadə hüquqlarının bu təcavüz nəticəsində məhdudlaşdırıldığını diqqətə çatdıraraq qaçqın və məcburi köçkün uşaqların hüquqlarının müdafiəsi ilə bağlı birgə layihələrin həyata keçirilməsini təklif edib.

Həmçinin mədəniyyətlərarası dialoq sahəsində uşaqların sülhə çağırış mesajlarına Azərbaycanın təşkil etdiyi tədbirlərdə, xüsusilə Bakı Prosesi çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarında yer ayrıldığını, mədəni proqramlar təşkil edildiyini diqqətə çatdırıb.

 Nazir Castin Forsaytla görüşdü - Foto

 

Xəbər lenti