Sürücünün başı telefona qarışdı, qəza baş verdi - VİDEO

Sürücünün başı telefona qarışdı, qəza baş verdi - VİDEO

Bakıda sürət həddinin aşılması, eyni zamanda sürücünün diqqətinin yayınması nəticəsində yol qəzası baş verib.


 7News.Az APA-ya istinadla xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.


Belə ki, 10 VG 401 dövlət nömrə nişanlı "Opel” markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman onu idarə edən sürücü Zaur Hüseynovun diqqətini mobil telefon yayındırıb.
 


Nəticədə o, idarəetməni itirirək işıqforun qırmızı işığında dayanan "Chevrolet” markalı avtomobilə çırpılıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. 


Faktla bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. 

Xəbər lenti