Şuşaya yürüş olacaq: "... Evə qayıdırıq!" (YENİ AKSİYA)

Şuşaya yürüş olacaq:
Siyasi fəal,  Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı yeni kampaniya təşkil edib. 

Qaynarinfo xəbər verir ki, o, öz "facebook" səhifəsində Azərbaycan xalqını Şuşaya yürüşə dəvət edib. 

Hacılı Qarabağ Günü elan etdiyi 8 iyun 2019-cu il tarixində saat 16:00-da hamının iştirakı ilə Horadiz şəhərində toplanıb Şuşaya yürüş hərəkatının əsasını qoymağa çağırır.

"Facebook"da "Evə qayıdırıq!" adlı event və həştaq  (#eveQayidiriq!) sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb. Artıq "Youtube"də də"Azərbaycanlılar Qarabağa Gedir!” başlığı ilə vətəndaşlara çağırış videosu da yerləşdirilib. 
 

Xəbər lenti