Tağıyevin heykəli burada ucaldılacaq - FOTO

Tağıyevin heykəli burada ucaldılacaq - FOTO

Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılacaq. 

Heykəlin "İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (qazon), İstiqlaliyyət küçəsində ucaldılması nəzərdə tutulur.

7News.Az heykəlin ucaldılacağı ərazinin fotosunu təqdim edir:

 

Qeyd edək ki, martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb. Görüş zamanı Əməkdar artist Bəhram Bağırzadə Bakıda Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulmasını təklif edib. Prezident Bəhram Bağırzadənin təklifini bəyənib.

7News.Az

Xəbər lenti