Tale Heydərovun gedişindən sonra “Qəbələ”də toy-bayramdır

Tale Heydərovun gedişindən sonra “Qəbələ”də toy-bayramdır

"Qəbələ”nin sabiq prezidenti Tale Heydərovun gedişindən sonra komanda 3 oyun keçirib ki, hər birində də qələbə qazanıb.

"Yeni Sabah” xəbər verir ki, "Qarabağ”la baş tutan son 3 oyununda uduzan Qəbələ təmsilçisi prezidentin istefa verməsindən sonra bu tilsimi qıra bilib. Belə ki, "qırmızı-qaralar” Ağdam təmsilçisi ilə kubok uğrunda yarımfinal mübarizəsinin ilk oyununda Ceyms Adeniyinin vurduğu qolla minimal hesablı qələbəyə imza atıb.

Bundan əvvəl isə "Zirə”ni doğma meydanında qonaq edən bölgə təmsilçisi David Volkov və Ceyms Adeniyinin fərqlənməsi ilə 3 xalı hesabına yazıb.

Komanda "Keşlə” ilə səfər matçında isə Ceyms Adeniyi və David Volkovun vurduğu qollarla 1:2 hesabla qalib gəlib.

Eyni zamanda müdafiəçi Bəhlul Musatafazadəyə 2 məşhur klubdan təklif gəlib. "Seltik” və "Reyncers” kimi məşhur klublar futbolçunu almaq uğurunda mübarizəyə başlayıblar.

Xəbər lenti