Tanınmış jurnalistə AĞIR İTKİ üz verib

Tanınmış jurnalistə AĞIR İTKİ üz verib
Tanınmış jurnalist Anar Niftəliyevə ağır itki üz verib. 

7NEWS.az-ın məlumatına görə, jurnalistin anası Güllübəyim Niftəliyevanın beyninə qan sızıb. Mərhumə bir gün komada qalıb, bu gün isə keçinib. 
 
68 yaşlı G.Niftəliyevanın yas mərasimi aprelin 16-da Şamaxının Şıxzahirli kəndində olacaq. 
 
Allah rəhmət eləsin!
 
Qeyd edək ki, A.Niftəliyevin qardaşı, tanınmış aşıq Vüqar Mahmudoğlu da ötən ilin yanvar ayında dünyasını dəyişmişdi. 
 
Jurnalistin xanımı, tənqidçi Elnarə Tofiqqızı da 2013-cü ildə "Medi Sina” klinikasında əməliyyat zamanı vəfat etmişdi. 

Xəbər lenti