Tanınmış rəqqasənin çaydan cəsədi tapıldı - FOTO

Tanınmış rəqqasənin çaydan cəsədi tapıldı - FOTO

Rumınyada təşkil olunan bacarıq müsabiqəsində iştirak edən rəqqasənin cəsədi tapılıb.

7News.Az Mirror-a istinadla bildirir ki, onun cəsədini Reyn çayının ətrafında gəzən iki nəfər görərək, polisə xəbər veriblər.

Hadisə ilə bağlı ilk şübhəli kimi onun sevgilisi saxlanılıb.

Alla Klişta adlı əslən Ukraynadan olan "Hula Hoop" rəqqası Almaniyada, Baden-Vürtemberq şəhərində yaşayıb.

33 yaşlı rəqqasə itkin düşdüyünə görə Frankfurtda təşkil olunan qala gecəsində iştirak edə bilməyib.

 

Hazırda qızın cəsədi autopsiya mərkəzinə göndərilib. Onun qəsdən öldürüldüyü ehtimal olunur.

Cinayətlə bağlı axtarışlar davam etdirilir.

 Tanınmış rəqqasənin çaydan cəsədi tapıldı - FOTO

Tanınmış rəqqasənin çaydan cəsədi tapıldı - FOTO

7News.Az

Xəbər lenti