TAP marşrutu üzrə xəndəklərin qazılması işlərinin 99 faizdən çoxu başa çatıb

TAP marşrutu üzrə xəndəklərin qazılması işlərinin 99 faizdən çoxu başa çatıb

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) marşrutu üzrə xəndəklərin qazılması işlərinin 99 faizdən çoxu başa çatıb.

7News.Az xəbər verir ki, Trend bu barədə TAP AG konsorsiumuna istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, TAP layihənin standartlara cavab verməsini təmin etmək məqsədilə podratçılarla iş üçün səhra personalını işə qəbul edir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.

 

7News.Az

Xəbər lenti