Tələbə öz beyin əməliyyatını canlı yayımda göstərdi - VİDEO

Tələbə öz beyin əməliyyatını canlı yayımda göstərdi - VİDEO

ABŞ-lı tələbə özünün beyin əməliyyatını "Facebook”da canlı yayımlayıb.

Texas ştatında yaşayan Cenna Şardt xəstəliyi ilə bağlı açıq beyin əməliyyatı keçirib.

Əməliyyatdan az öncə isə o, bu prosesi özünün "Facebook” hesabında canlı yayımda göstərmək istədiyini bildirib. Həkimlər öncə buna təəccübləniblər və razı olmayıblar. Cenna bildirib ki, bunu etməklə insanlara beyin əməliyyatının dəhşətli bir şey olmadığını, əməliyyatın real bir proses olduğunu göstərmək istəyir və insanları bundan qorxmamağa çağırır.

Həkimlər bundan sonra onun fikrini dəstəkləyiblər və canlı yayıma icazə veriblər. 

Cenna Şardt beyninə qan toplandığı üçün həkimlər əməliyyat edərək həmin hissəni təmizləyiblər. Təxminən 45 dəqiqə davam edən canlı əməliyyata 145 mindən çox insan onlayn olaraq baxıb.

Tələbə qız özü də tibb sahəsində təhsil alır.

 

7News.Az

Xəbər lenti