RU
lombard
Terrorçular Somali prizedentinin qardaşı oğlunu öldürdülər
20:21
254

Terrorçular Somali prizedentinin qardaşı oğlunu öldürdülər

O prezident sarayında “vacib fiqur”lardan sayılırdı.

“Əş-Şabab” terror qruplaşmasının döyüşçüləri Somalinin paytaxtı Moqadişo şəhərində ölkə prezidentinin qardaşı oğlunu öldürüblər.

Terrorçular Liban Osmanın avtomilini pusquya salaraq atəşə tutublar.

Avtomobildə olan Liban Osman və hüquqşunas Əbdikadir Məhəmməd güllələnərək öldürülüblər.

Terroçular, Osmanın prezident sarayında “vacib fiqur”lardan olduğu üçün hədəfə götürdüklərini bildiriblər.

Somali höküməti hadisəni şərh etməkdən imtina edib.

Qeyd edək ki, Somali prezidenti Həsən Şeyx Mahmudun qardaşı oğlu Liban Osman ölkəyə təzə qayıtmışdı, və o tezliklə paytaxt Moqadişoda xəstəxəna müdiri vəzifəsində işə başlayacaqdı./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ