Təyyarədə qorxulu anlar - Mühərrik qırılıb, pərlərin üstünə düşdü - VİDEO

Təyyarədə qorxulu anlar - Mühərrik qırılıb, pərlərin üstünə düşdü - VİDEO

3000 kilometr yüksəklikdə mühhərikində problem yaranan sərnişin təyyarəsi təcili eniş edib.

7News.Az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Corciya ştatının Atlanta şəhərindən Merilend ştatının Baltimor şəhərinə uçan sərnişin təyyarəsində mühərrikdə baş verən qəzaya görə qorxulu anlar yaşanıb.

"Delta Airlines"-a aid təyyarə 3000 kilometr hündürlükdəykən parçalanmağa başlayıb. Belə ki, təyyarənin mühhərikinin bir hissəsi qoparaq pərlərin üzərinə düşüb. Nəticədə güclü səslər gəlib və göyərtədən tüstü çıxıb. Həmin anları sərnişinlərdən biri mobil telefonla kameraya çəkib.

Fox News-un məlumatına görə, təyyarədəki 148 sərnişinin hamısının vəziyyəti yaxşıdır.

 

Qeyd edək ki, qəzanın baş verdiyi təyyarə 32 il əvvəl istehsal olunub.

7News.Az

Xəbər lenti