“Ticarətin maliyyələşdirilməsi” mövzusunda tədbir

“Ticarətin maliyyələşdirilməsi” mövzusunda tədbir
"Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə "PAŞA Bank”ın birgə 6 noyabr 2019-cu il tarixində "Ticarətin maliyyələşdirilməsi” mövzusunda maarifləndirici tədbiri təşkil ediləcəkdir. Tədbir təlim xarakterli olmaqla, PAŞA Bankın nümayəndə heyəti tərəfindən həyata keçiriləcəkdir.

Tədbirdə ticarətin maliyyələşdirilməsində maliyyə alətlərinin rolu, təchizat zəncirinin maliyyələşdirilməsi, invosyların və alış sifarişinin maliyyələşməsi məhsulu və işləmə mexanizmləri, ekspres faktorinq məhsulu, tenderdə qalib olduqdan sonra tələb olunan qarantiyalar (icra, avans, maliyyə vəsaitlərinin saxlama qarantiyası), akkreditivlər, ixrac fəaliyyəti üçün nəzərdə tutulan ənənəvi kreditlər və s. haqqında sahibkarlara məlumat veriləcəkdir.

Tədbir haqqında əlavə məlumat və qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

 http://training.ereforms.org/

Xəbər lenti