Tolikdən Əli İnsanova sərt sözlər: Səni gərək ömürlük məhkum edərdilər - VİDEO

Tolikdən Əli İnsanova sərt sözlər: Səni gərək ömürlük məhkum edərdilər - VİDEO
Aparıcı Tarix Əliyev (Tolik) bu gün prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanovu sərt tənqid edib.

 

7News.Az-ın xəbərinə görə, Tolik bu barədə öz Instagram səhifəsində yazıb.


"Deyirəm bu Əli İnsanov indi nə yaman jurnalistlərə "əzizlərim” deyir yadından çıxıb 14 il qabaq , xanima "rədd ol” dediyi sözlər ? Milyonları yeyib üstündən su içib indidə Amerikaya çox sağ ol deyir. Səni gərək ömürlük məhkum edərdilər!


İlham Əliyev istəməsəydi sen hələ bir 14 il də yatacaq idin. Amerika sənə görə Azərbaycanla münasibətlərini pozmayacaq idi. Çünki özünü sınmış kimi göstərmək istəməyən sənin kimilər bilirsiniz ki, bu xalqın nə sevgisini nə də hörmətini qazanmamısınız. Amma kaş sənin yerinə orda hansısa cavan heç olmasa bir il tez azadlığa çıxardı”, - deyə aparıcı bildirib.


Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub.

 

 
7News.Az

Xəbər lenti