Tovuzda qəzaya uğrayan "Mercedes"in bir sərnişini dünyasını dəyişdi- YENİLƏNİB-2+FOTO

Tovuzda qəzaya uğrayan

Tovuzda baş verən qəzada xəsarət alanlardan biri ölüb.

 1997-cı il təvəllüdlü Murad Qoşqar oğlu Səmədov həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Digər yaralıların vəziyyəti orta-ağırdır.

00:43

Tovuzda "Mercedes"in aşması nəticəsində baş vermiş qəzanın detalları bəlli olub.

Hadisə zamanı avtomobili idarə edən şəxs içkili vəziyyətdə olub.

Üstəlik, sözügedən adamın sürücülük vəsiqəsi də olmayıb.

Qəzada xəsarət alan şəxslərin kimlikləri də bilinib.

Onlar 1997-ci il təvəllüdlü Səmədov Murad Qoşqar oğlu, 1997-ci il təvəllüdlü Aslanov Taleh Valeh oğlu, 1996-cı il təvəllüdlü Namazov Səid Səfər oğlu, və 1996-cı il təvəllüdlü Əmraslanov Emil Nofəl oğludur.

 

00:10

Tovuzda yol qəzası baş verib.

Hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb.

1990-cı il təvəllüdlü Namsızlı Nəbi Sultan oğlu idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb.

Nəticədə maşında olan sürücü və daha 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyərləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb, qəzanın səbəbləri dəqiqləşdirilir./oxu

 

 

7News.Az

Xəbər lenti