Toyda FACİƏ: Bəy və dostları öldü, 47 yaralı

Toyda FACİƏ: Bəy və dostları öldü, 47 yaralı

Nəngərhar vilayətində toy zamanı partlayış törədilib.

 7News.Az xarici KİV-lərə istinadən xəbər verir ki, kamikadzenin üzərindəki partlayıcı qurğunu işə salması nəticəsində 6 nəfər həyatını itirib. 47 yaralı var. Məlumata görə, toy mərasimi yerli xalq arasında liderliyi ilə seçilən şəxsin oğlunun olub.

İddialara görə, hücumun hədəfində bəy olub və o, hadisə zamanı həyatını itirib. Hücumu təşkil edən kamikadzenin azyaşlı olduğu güman edilir. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Taliban hadisənin qruplaşma ilə bağlantısı olmadığını irəli sürüb.

7News.Az

Xəbər lenti