Trampın oğlu Nyu-York meri ilə “didişdi”

Trampın oğlu Nyu-York meri ilə “didişdi”
Nyu-York meri Bill de Blasio ABŞ prezidenti Donald Trampın oğlu Eriklə Twitter-də söz güləşdirib.

Gazeta.ru xəbər verir ki, əvvəlcə De Blasio Tramp və onun oğlunu vergilərdən yayınmaqda ittiham edib.

O, həmçinin bildirib ki, Tramp ailəsinə məxsus müəssisələrdə fəhlələr olduqca ağır şəraitdə çalışırlar.

ABŞ prezidentinin oğlu yazını retvit edərək, ona şərh əlavə edib.

Öz növbəsində  Erik Tramp Nyu-Yorkda cinayətkarlıq səviyyəsinin artmasını, küçələrin çirkab içində olmasını, insanların şəhərdən kütləvi köçməsini De Blasionun boynuna yıxıb.  

7News.Az

Xəbər lenti