RU
lombard
Tullantı sularında koronavirus qalıqları tapıldı
13:40
152

Tullantı sularında koronavirus qalıqları tapıldı

ABŞ-da fəaliyyət göstərən "Biobot Analytics” adlı tibbi araşdırmalar qurumu Massaçusets ştatının tullantı sularında koronavirus qalıqları tapıldığını açıqlayıb.

Bu barədə "HaberGlobal” məlumat yayıb.

Qurum iddia edib ki, mart ayında götürülmüş bəzi nümunələrdə koronavirus qalıqları gözləniləndən çox yüksək səviyyədə olub.

"Biobot Analytics” araşdırma qrupunun Massaçusets ştatında 18-25 mart tarixlərində böyük bir xəstəxananın tullantı sularında virusun DNT izlərinin mövcudluğu qeyd olunur. Bununla bərabər, alimlər tullantı sularına qarışan virus hissəciklərinin neçə fərqli insan DNT-sinə aid olmasını təxmin edə biləcəklərini iddia ediblər.

Tullantı sularında tapılan virus DNT-lərinin ilkin analizi bölgədə virusa yoluxmuş ən azı 2300 nəfərin olduğunu göstərib. Halbuki, həmin vaxt ştatda yoluxan insanların sayı 446 olub.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ