RU
lombard
Türk Şurasının Zirvə görüşü başladı
13:29
193

Türk Şurasının Zirvə görüşü başladı

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilir.

Gazetevatan.com xəbər verir ki, koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunan Zirvə görüşü Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə  baş tutub.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban, Türk Şurasının baş katibi Bağdad Amreyev və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreisus iştirak edirlər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ