Türkiyə ABŞ mallarına rüsumu azaltdı

Türkiyə ABŞ mallarına rüsumu azaltdı

Türkiyə ABŞ-dan idxal edilən 22 adda məhsulun rüsumunu azaldıb.

Bu barədə Türkiyənin Ticarət naziri Ruhsar Pekcan "Twitter” hesabında yazıb.

"Beləcə, ABŞ məhsullarının idxalı üçün tutulan əlavə verginin həcmi 521,2 milyon dollardan 260,6 milyon dollara qədər azalacaq”, - deyə nazir vurğulayıb.

Nazir mayın 17-də Ağ Evin Türkiyə mallarına tətbiq olunan idxal rüsumunun 50 faizdən 25 faizə qədər azaldıldığını xatırladaraq, Ankranın son addımının buna cavab olduğunu qeyd edib.

"Nazirlik ABŞ-la ticarətdə olan əngəllərin aradan qaldırılması və iki ölkənin hökumətlərinin qərarına uyğun olaraq ikitərəfli ticarət dövriyyəsinin 75 milyard dollara qaldırılması istiqamətində işləri davam etdirəcək”, - deyə R.Pekcan yazır.  

7News.Az

Xəbər lenti