Türkiyə ordusunda yeni əməliyyat: Daha 176 hərbçi haqqında həbs qərarı verildi

Türkiyə ordusunda yeni əməliyyat: Daha 176 hərbçi haqqında həbs qərarı verildi

İstanbul prokurorluğu daha 176 hərbçinin həbsinə order verib. Onlar Türkiyənin terror təşkilatı kimi tanıdığı "FETÖ” (Fətullah Gülən tərəfdarlarının terror təşkilatı) ilə əlaqələrdə ittiham edilir.

7News.Az xəbər verir ki, şübhəli bilinənlər arasında bir polkovnik, iki polkovnik-leytenant, beş mayor və 100-dən artıq baş leytenant var. Hazırda onların tutulması üçün əməliyyatlar keçirilir.

Üç il öncə – 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd oldu. Nəticədə 248 nəfər öldü, 2700-dən çox adam yaralandı. Bundan sonra bir dıra dövlət orqanlarında, o cümlədən təhlükəsizlik xidmətində, məhkəmə sistemində, orduda, təhsil müəssisələrində "təmizləmə” əməliyyatları başladı. 50 minə yaxın adam həbs edildi, 140 mindən çoxu isə işdən çıxarıldı.

Türkiyə hökuməti iddia edir ki, bütün bunlarıb başında Fətellah Gülən dayanır. O isə bu iddiaları təkzib edir.

 

 

7News.Az

Xəbər lenti