Türkiyədə azərbaycanlı böyük qardaşının pullarını zibilliyə atdı

Türkiyədə azərbaycanlı böyük qardaşının pullarını zibilliyə atdı
Türkiyənin Eskişehir şəhərində Azərbaycan vətəndaşı Elşən İbrahimov pul dolu torbanı səhvən zibilliyə atıb.

7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Yenibağlar məhəlləsində yaşayan Elşən böyük qardaşı Vüqar İbrahimovun içində 7 min 401 dollar, 1 800 avro və 10 AZN olan torbanı yanlışlıqla zibilliyə atıb.

Zibillər bələdiyyə işçiləri tərəfindən toplanaraq aparılıb. Qısa müddətdən sonra pulları zibilliyə atdığını anlayan E.İbrahimov təcili şəkildə jandarmaya qaçıb.

Bələdiyyənin təmizlik işçiləri zibillikdən tapılan pul dolu torbanı sahibinə təslim edib.

7News.Az

Xəbər lenti