Türkiyədə superliqa komandasının futbolçusu FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ - FOTO/YENİLƏNDİ

Türkiyədə superliqa komandasının futbolçusu FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ - FOTO/YENİLƏNDİ
Ötən gecə Türkiyədə futbolçuları daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan oyunçulardan biri vəfat edib.

Ağır xəsarət alan "Alanyaspor"un çex oyunçusu Jozef Sural tibbi müdaxilələrə baxmayaraq bu gün səhər vəfat edib. Klub rəsmi səhifəsi vasitəsi ilə oyunçunun ölümü barədə məlumat yayıb.

Bildirilir ki, hadisəyə "Kayserispor"la oyundan sonra 7 futbolçunu aparan mikroavtobusun sürücüsünün yuxulaması səbəb olub.

*****

8:17

Türkiyənin Kayseri şəhərində keçirilən futbol qarşılaşmasından geri dönən Alanyaspor futbol klubunun idmançılarını aparan mikroavtobus aşıb.

Qəza Antalya-Alanya avtomobil yolunda, şəhər mərkəzinin 5 kilometrliyində baş verib.

Hadisə nəticəsində 7 futbolçu yaralanıb. Yaralılardan Josef Suralın vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi briqadaları cəlb olunub. Mikroavtobusun sürücüsü saxlanılıb./publika

Faktla bağlı araşdırma aparılır.
 

 
 
 7News.Az

Xəbər lenti