Ulduz futbolçular məşhur xanımı 4-cü mərtəbədən yer atdırıblar - ŞOK AÇIQLAMA

Ulduz futbolçular məşhur xanımı 4-cü mərtəbədən yer atdırıblar - ŞOK AÇIQLAMA
May ayında bir kayak mərkəzinndə binanın 4-cü mərtəbəsindən yıxılaraq komaya düşən rus "Instagram" fenomeni Yekaterina Bobkova oyanıb.
Qadın komadan ayılan kimi şok açıqlama ilə çıxış edib. Yekaterina bildirib ki, hadisə heç də sıradan bir qəza olmayıb. Onu rusiyalı futbolçular - Aleksandr Kokorin və Pavel Mamayevin tutduğu şəxslər öldürmək məqsədi ilə binadan aşağı atıb.
Bobkova bildirib ki, əvvəlcə onun içkisinə dərman qataraq sərxoş ediblər və daha sonra başına sərt bir cismlə vuraraq binadan atıblar. 
"O gün sadəcə iki qədəh şərab içmişdim. İçki yuxu gətirdi. Sonra bir anda hər yer qaraldı. Futbolçuların yolladığı adamlar şahid olmamağım üçün içkimə dərman qatıb məni sərxoş etdi. Sonra da başıma vurub eyvandan atdılar" deyə Bobkova bildirib.
Qeyd edək ki, Bobkova Pavel Mamayevlə Aleksandr Kokorinin 2018-ci ilin sonlarında bir klubda diplomat Denis Pakı döyməsinin şahidi olmuşdu. Futbolçularla bağlı istintaqda şahid olmağı qəbul edən Yekaterina məhz bu səbəbdən hədəfə çevirilib. Məhkəmə prosesindən bir neçə gün əvvəl komaya düşən qadın bu günlərdə oyanıb. 
Pavel Mamayevlə Aleksandr Kokorin diplomatı döydüklərinə görə 18 ay həbs cəzası alıbar. Mamayev bu hadisədən sonra "Krasnodar"dan, Kokorin isə "Zenit"dən qovulub.
 














7News.Az

Xəbər lenti