Uzlaşa bilməyən dövlət qurumları: BNA sədrinin 28 may "hədiyyəsi"

Uzlaşa bilməyən dövlət qurumları: BNA sədrinin 28 may
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (DYP) və Bakı Nəqliyyat Agentliyi (BNA) birgə işləmək yerinə hər biri ayrı-ayrılıqda qərar verib icra edir.
"Kommersant.az" xəbər verir ki, DYP 29 may tarixində vətəndaşlardan turistlərə görə şəxsi avtomobillərindən deyil, ictimai nəqliyyatdan istifadə etməyi xahiş edirdi. Bu, normal və başadüşülən haldır. Maraqlısı BNA - nın müraciəti oldu.

Belə ki, DYP-nin vətəndaşlardan "ictimai nəqliyyatdan istifadə edin" müraciətindən sonra BNA 22 marşrut xəttinin istiqamətini dəyişməsi absurd oldu. 60 minlik turistə görə bu cür gülünc qərar verən BNA sədri Vüsal Kərimliyə sual ünvanlayırıq: Bu gün 60 min turistə görə bu addımı atırsınızsa, sabah 100 mindən çox turist gəlsə, Bakıda ictimai nəqliyyatın hərəkətini tam məhdudlaşdıracaqsınız?

Qeyd edək ki, ümumilikdə isə BNA sədri V.Kərimli vəzifədə olduğu müddət ərzində əhalinin rahat hərəkəti üçün heç bir ciddi addım atmayıb.

Bu cür qərarların paytaxt sakinlərinin qəzəbinə tuş gəldiyini nəzərə alaraq sözügedən absurd və gülünc qərarı TURİSTLƏRƏ GÖRƏ başa düşmək olar. Ən azından bu gün Cümhuriyətin 101-ci il dönümüdür. Bu da yəqin V.Kərimlinin Azərbaycan xalqına hədiyyəsidir.
 
 
7News.Az

Xəbər lenti