Valideynlərinin gözü qarşısında köpək balıqları qızı parçaladılar

Valideynlərinin gözü qarşısında köpək balıqları qızı parçaladılar

21 yaşlı qızın yay istirahəti əsl faciəyə çevrilib.

7News.Az ölkə.az-a istinadən bildirir ki, Torrans şəhərinin sakini, 21 yaşlı tələbə Cordan Lindsi ailəsi ilə Baham adalarına istirahətə yollanıb. Burada o, sualtı üzgüçülüklə məşğul olmaq üçün katerlə gəzintiyə çıxıb. Lindsi maska ilə suya enəndə onun ailəsi dəhşətli mənzərə ilə qarşılaşıb.

Onlar üç köpək balığının qıza yaxınlaşdığını görüblər. Valideynlər dəhşət içində qışqıraraq qızlarını yaxınlaşan təhlükə barədə xəbərdar etmək istəyiblər.

Amma Lindsi onları eşitməyib. Ailənin gözü qarşısında köpək balıqları qıza hücum ediblər. Yırtıcılar onun bütün bədənini dişləyiblər və sağ qolunu qoparıblar. Ailə güc-bəla ilə Lindsini sudan çıxarıb. Cordanı xəstəxanaya aparsalar da, onu xilas etmək mümkün olmayıb.

 Valideynlərinin gözü qarşısında köpək balıqları qızı parçaladılar

7News.Az

Xəbər lenti