RU
lombard
Vətəndaş məsuliyyəti cəmiyyəti xilas edəcək
22:18
284

Vətəndaş məsuliyyəti cəmiyyəti xilas edəcək

Dünyada virusun ilk yayılma günündən, ölkələr yoluxma sayına və insan itkisindən əziyyət çəkdiyi bir vaxtda,Azərbaycan ilk gündən sərt karantin rejiminin tədbiqi yoluxma və insan təlafatının qarşısını,dünyaya nümunə olacaq dərəcədə effektli oldu.
Sərt karantin rejimində vətəndaş məsuliyyəti və qaydaların polis tərəfindən ciddi nəzarətə götürülməsi bir əsl mübarizə nümunəsi idi.
Cənab Prezident İlham Əliyev virus dalğasının olkəmizə gəldiyi ilk gündən ilk verilən qərarlar vətəndaşı qorumağa yönləndirildi.65 yaşlı insanları qorumaq bizim milli mənəvi dəyərlərimizə olan diqqət oldu.
Yalnız sərt karantin rejiminin may ayında yumşaldılması nəticəsində bütün dünyada olduğu kimi bizim ölkədədə virusun kəskin yayılma sayının artmasına səbəb oldu. Bu baxımdanda vətəndaş məsuliyyəti bu dönəmdə çox vacib məsələdir.
Artıq virusun yayılma surəti müzakirə mövzusu deyil və olada bilmz.Hər gün artan yoluxma sayı 500-ü keçdiyinə görə virusla mübarizə yalnız vətəndaşın öz məsuliyyətindən asılıdır.
Vətəndaş həm özünü,həmdə ətrafını bu virusdan qorumağın məsuliyyətini daşımalıdır.
Artıq cəmiyyətdə hər bir insanın qonşusunda,qohumunda,ətrafında,iş yoldaşlarnda virusdan əziyyət çəkənlər var və biz buna şahidik.
Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı məkanlarda tibbi maskadan istifadə edərək,xalqa nümunə oldular. Bütün çıxışlarında Cənab Prezident vətəndaşları ictimayi qınaq nümayiş etdirməyə çağırdı və özünüzü qorumaqla bütü cəmiyyəti qoruyacağımızı bildirdi.
May ayında qaydaların yumşaldılmasından sonra baş verən məsuliyyətsizlik, ictimayi nəqliyyatda, marketlərdə, qapalı məkanlarda insan sıxlığı tibbi maskadan istifadəyə önəm verilməməsi,yenidən virusun sürətlə artmasına səbəb oldu. Bu isə ölkədə iyun 24-də yenidən karantin rejiminin sərtləşdirilməsinə səbəb oldu.
Karantin dövründə polisin,həkimlərin,103 tibbi çağırı xidmətinin fasiləsiz çalışmalarına etinasız yanaşan vətəndaşlar bu əziyyətlərə dəyər vermədilər. Yoluxma sayı artır və bununla mübarizədə isə ən vacib məsələ vətəndaş məsuliyyətidir.
Əgər cəmiyyət və vətəndaş bu virusdan azad olmağı istəyirsə,ilk növbədə ətrafına qarşı ciddi qınaq,ictimayi nəzarəti gücləndirilməlidir.
Vətəndaş bu günlərdə həmrəylik nümayiş etdirməli,qaydalara ciddi əməl etməlidir.
Azərbaycan vətəndaşı özü məsuliyyətli olarsa,ölkəmiz virusdan daha tez azad olar,normal həyatımıza geri dönə bilərik.
Vətəndaş məsuliyyəti hər bir halda çox önəmlidir və bu virusdan tək xilas yolu tibbi maskadan istifadə etmək,sosial məsafəni qorumaq,gigiyenik qaydalara ciddi şəkildə riayət etmək mütləqdir.
Azərbaycan vətəndaşı həmrəy olaraq,qaydalara əməl edərək,normal həyatımıza qayıtmaq üçün yüksək səviyyədə həmrəylik nümayiş etdirəcək.
#BizBirlikdəGüclüyük

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ