Vicdan əzabı çəkən Nigar Camal sirrini açdı: "15 il əvvəl qarınlı kişilər..."

Vicdan əzabı çəkən Nigar Camal sirrini açdı:
Fədakar qadın olmadığını deyən müğənni Nigar Camal estetik bədən əməliyyatı etdirməsi haqqında gəzən xəbərləri təkzib edib.

7News.Az publika-ya istinadən xəbər verir ki, 38 yaşlı müğənninin sözlərinə görə, bədəninin hələ ki heç bir estetik əməliyyata ehtiyacı yoxdur və özünü olduğu kimi sevir:

"Bu sözləri Röya mənlə dalaşanda və küsəndə demişdi. Hələ ki, əməliyyata ehtiyacım olduğunu düşünmürəm”.

Baxımlı qadının hər zaman diqqət mərkəzində olduğunu düşünən müğənni əvvəlki illərlə müqayisədə indi qadınların öz gözəlliyinin qeydinə daha çox qaldığını deyir: "Bu məsələyə daha intellektual yanaşmağa başlayıblar. 15 il əvvəl qarınlı kişilər çox idi, indi onlar da özünə baxır və idmanla məşğul olur”.

Müğənni bildirib ki, uşaqlarına psixoloq qayğısı ilə yanaşır: "Hər kəs səhv edir, amma çalışıram ki, ana olaraq həyatımda böyük səhvlərə yol verməyim. Səhvlər buraxdıqca vicdan əzabı məni boğur”.
 
 

7News.Az

Xəbər lenti