Vilayət Eyvazovdan yol polisində yeni rəis təyinatı

Vilayət Eyvazovdan yol polisində yeni rəis təyinatı

Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub. 

7News.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Xalid Əzimov Baş Dövlət Yol Polisi İdarəsinin Avtotexniki müfəttişlik şöbəsinin rəisi təyin edilib.

İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev saytımıza təyinatı təsdiqləyib.

7News.Az

Xəbər lenti