Xaçmaza yağan dolu yaşayış evlərinə ziyan vurub - FOTO

Xaçmaza yağan dolu yaşayış evlərinə ziyan vurub - FOTO

Ötən gün Xaçmaz rayonuna düşən dolu yaşayış evləri və əkin sahələrinə ziyan vurub.

Dolunun düşdüyü taxıl, pomidor, çiyələk və kələm sahələrinin bir çoxu yararsız vəziyyətə düşüb.

Meyvə, xüsusən gilas, alça, şaftalı bağlarında məhsuldarlığa ciddi ziyan dəyib. 

Xaçmaz Dövlət Aqrar İnkişaf mərkəzindən verilən məlumata görə, hazırda zərər dəyən ərazilər müəyyənləşdirilir.

Hadisə nəticəsində bir neçə yaşayış evinin dam örtüyünə ciddi ziyan dəyib.

 

Xəbər lenti